"Fənərbağça" "Qalatasaray"ın gənc ulduzunun ovuna çıxıb

"Fənərbağça" "Qalatasaray"ın 17 yaşlı futbolçusu Atalay Babacanın ovuna çıxıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Əziz Yıldırım əzəli rəqibin aşağı yaş qrupunda forma geyinən istedadlı futbolçunu sarı-lacivərd rənglərə qatmaq niyyətindədir: "Ardanı ala bilmədim, amma, Atalayı "Qalatasaray"da qoymayacam". Qeyd edək ki, 2000-ci il doğumlu Babacan Türkiyənin ən istedadlı futbolçularından biri kimi qiymətləndirilir.