"Fənərbağça" qapıçısı ilə vidalaşdı

“Fənərbağça”nın qapıçısı Dominik Livakoviç komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, xorvatiyalı qolkiper karyerasını vətənində davam etdirəcək. O, Zaqreb təmsilçisi “Dinamo” ilə razılığa gəlib.

Razılaşmaya əsasən, Livakoviç mövsümün sonunadək “Dinamo”nun formasını icarə əsasında geyinəcək. Keçid üçün Xorvatiya klubu “Fənərbağça”ya 300 min avro ödəniş edib.

Təcrübəli qapıçının qısa müddətdə yeni komandasında əsas heyət uğrunda mübarizə aparacağı gözlənilir.