“Fənərbağça” Reşforda yox dedi
“Fənərbağça”nın vitse prezidenti Acun Ilıcalı ingiltərəli futbolçu Markus Reşford haqqında danışıb.
Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, “Fənərbağça” Reşfordu transfer etməyəcək. Acun Ilıcalı jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib.
“Reşford haqqında xəbərlər çıxıb. O mükəmməl futbolçudur. Lakin komandamızda ona bənzər iki futbolçu var. Belə olan halda Reşfordu transfer etməyimiz düzgün deyil. Reşfordu bizə təklif etdilər, biz onlara yox dedik. Bu mövzuda başqa bir həmlə olmayacaq”, - deyə Acun bildirib.