“Fənərbağça” səfərdə “Benfika”ya məğlub oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edib. Ağdam təmsilçisi səfərdəki qələbə hesabına əsas mərhələyə yüksəlib.

Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nı məğlub edə bilməyib. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatdığı üçün "Fənərbağça" mübarizəni dayandırıb.

"Brügge" Belçikada Şotlandiyanın "Reyncers"ini 6:0, "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini 2:0 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3

İlk oyun - 3:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0

İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0

İlk oyun - 3:1