"Fənərbağça" Şimanskinin transfer dəyərini müəyyənləşdirib

"Fənərbağça" Sebastyan Şimanski ilə yolları ayırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi artıq polşalı futbolçunun transfer dəyərini də müəyyənləşdirib.

Fanatik qəzetində yayılan məlumata görə, onu heyətində görmək istəyən klub 15 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, cari mövsümdə etimadı doğrulda bilməyən yarımmüdafiəçi baş məşqçi Joze Mourinyonun "qara siyahı"sındadır.

Klub rəhbərliyi də, gözləntiləri doğrultmayan polşalı ilə vidalaşmağı məqbul sayır.

25 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 26 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.