“Fənərbağça” “Ştutqart”a qarşı

UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, Türkiyənin yarışdaki yeganə təmsilçisi “Fənərbağça” öz meydanında “Ştutqart”la qarşılacaq.

Domeniko Tedeskonun komandasında qapıçı Ederson, İrfan Can Kahveci, Milan Şıkırinyar və Cenk Tosun zədəlidir.

“Ştutqart”da itkilərin sayı daha çoxdur. Ceymi Levelinq, Castin Diel, Paskal Stenzel, Tiaqo Tomas, Stefan Drlyaka və Ermedin Demiroviç oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək görüşü danimarkalı hakim Yakop Kehlet idarə edəcək.