“Fənərbağça” “Ştutqart”dan üstün oldu

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda qələbə qazanıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi "Şükrü Saracoğlu" stadionunda Almaniyanın "Ştutqart" kollektivini 1:0 hesabı ilə məğlub edib.

34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu, "Fənərbağça"nın cari mövsüm Liqa mərhələsindəki ikinci qələbəsidir.