"Fənərbağça" Türkiyə Kuboku ilə bağlı qərarını verdi

"Fənərbağça" 2024-25 mövsümündə Türkiyə Kubokuna qatılmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

"Fənərbağça" klubu bu barədə TFF-yə məlumat verib. 29 noyabr 2024-cü il tarixində TFF-yə göndərilən məktubda bu sözlər yer alıb: "2024-2025 futbol mövsümündə keçiriləcək Ziraat Türkiyə Kuboku qarşılaşmalarına qatılmayacağımızı bildiririk".

Qeyd edək ki, ötən mövsüm TFF-yə etiraz olaraq Super Kubok matçına U19 komandası ilə çıxan "Fənərbağça" rəhbərliyi bu mövsüm Türkiyə Kubokuna qatılmama qərarını alacaqlarını açıqlamışdı.