"Fənərbağça" türkiyəli futbolçunun transferi ilə bağlı rəsmi danışıqlara başlayıb
"Fənərbağça" klubu heyətini hücumçu ilə gücləndirəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu Bertuğ Yıldırımın transferi üçün "Renn" ilə danışıqlara başlayıb.
Fransa klubu bu trasnfer üçün qarşı tərəfdən 7 milyon avro tələb edir. "Fənərbğça" isə keçidi 5 milyon avroya bitirmək istəyir.
Futbolçunun özü İstanbulda yaşamaq istədiyi üçün bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 21 yaşlı hücumçu ötən mövsüm "Renn" forması ilə 28 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.