"Fənərbağça" türkiyəli oyunçu ilə yollarını ayırıb

"Fənərbağça"da komandadan ayrılacaq daha 1 oyunçunun adına aydınlıq gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu 33 yaşlı müdafiəçi Serdar Azizin növbəti mövsüm planlamasında yer almadığını açıqlayıb.

Serdar Aziz 2019-cu ildə azad agent kimi "Qalatasaray"dan "Fənərbağça"ya keçmişdi.

Bu müddət ərzində təcrübəli müdafiəçi klubun heyətində 135 oyuna çıxıb və 11 qol, 6 asistlik performans göstərib.

Qeyd edək ki, türkiyəli oyunçu Super Liqada "Bursaspor" və "Qalatasaray" ilə çempionluq yaşayıb.