“Fənərbağça” ulduz forvardı transfer etməyə çalışır

"Fənərbağça" "Barselona"nın polşalı forvardı Robert Levandovskini transfer etmək niyyətindədir.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun dəyəri 10 milyon avrodur.

İstanbul nəhəngi Levandovskini gələn ilin yayında azad agent kimi transfer etməyi planlaşdırır.

Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 9 matçda rəqib qapılarından 4 top keçirib.