"Fənərbağça" ulduz futbolçu transfer edəcək
"Fənərbağça"nın əsas transfer hədəfi bəlli olub.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Tottenhem"in cənubi koreyalı futbolçusu Sın Hın Min karyerasını "Fənərbağça"da davam etdirə bilər.
"Fənərbağça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo Sonu komandasında görmək istəyir.
Qeyd edək ki, Son Hın Minin "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
32 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 38 milyon avrodur.
Son bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 7 qol və 6 asistlə yadda qalıb.