"Fənərbağça" və "Beşiktaş" transfer yarışına girib
"Roma"nın polşalı futbolçusu Nikola Zalevski Türkiyə nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az insayder Rudi Qalettin məlumatına istinadən xəbər verir ki, "Fənərbağça" və "Beşiktaş" Zalevski üçün "Roma" ilə danışıqlara başlayıb.
Paytaxt klubu N.Zalevski üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, 22 yaşlı futbolçunun "Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Zalevski cari mövsüm çıxış etdiyi 15 matçda 2 asistlə yadda qalıb.