"Fənərbağça" və "Yuventus" yarımmüdafiəçilərini dəyişirlər
"Fənərbağça" və "Yuventus" klubları futbolçu mübadiləsində anlaşıblar.
Sportline.az xəbər verir ki, turinlilər "Fənərbağça"dan Sofyan Amrabatın xidmətində maraqlıdırlar.
"Qoca sinyora" qarşı tərəfə bu futbolçunun əvəzində Duqlas Luizi təklif edib.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Fənərbağçanın baş məşqçisi Joze Mourinyonin da Duqlas Luiz təklifinə müsbət yanaşdığı bildirilir.