“Fənərbağça” “Viktoriya Plzen”ə qarşı

UEFA Avropa Liqasının liqa mərhələsində 4-cü tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə “Viktoriya Plzen”lə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda Çexiya klubunda itkilərin sayı kifayət qədərdir. Denis Visinski, Yan Kopiç, Jiri Panos, Matey Vidra zədə, Merças Doski cəza səbəbindən oyunu buraxmalı olacaq.

“Fənərbağça”da isə Cenk Tosun və İrfan Can Kahveci baş məşqçi Domeniko Tedeskonun sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək oyunu niderlandlı hakim Allard Lindhut idarə edəcək.