"Fənərbağça" yeni mövsümün ilk transferini açıqlayıb

Tranfer çalışmalarını davam etdirən "Fənərbağça" yeni mövsümün ilk transferini reallaşdırıb.

Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki, "Fatih Karagümrük"də çıxış edən sol cinah müdafiəçisi Levent Mercan ilə razılıq əldə edilib.

23 yaşlı türkiyəli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Levent Mercan ötən mövsüm Super Liqada çıxdığı 36 oyunda 1 qol vurub, 5 asist edib.