"Fənərbağça" yeni transferini açıqladı
"Fənərbağça" "Samsunpor"un niderlandlı futbolçusu Antoni Musaba heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sol cinah vingeri 5 milyon avro qarşılığında "Fənərbağça"ya transfer olunub.
Qeyd edək ki, A.Musaba bu mövsüm meydana çıxdığı 22 matçda 6 qol, 4 asistlə yadda qalıb.
