"Fənərbağça" yenidən liderdir

Türkiyə Superliqasında 16-cı tura start verilib. 

Sportline.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib. “Ankaragücü” evdə “Ümraniyespor”a 1:2, "Antalyaspor" "Başakşehir"ə 0:2 hesabı ilə uduzub. "Fənərbağça" evdə "Hatayspor"u 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 32 xalla (15 oyun) "Fənərbağça" başçılıq edir. "Qalatasaray" 30 xalla (14 oyun) 2-ci, "Başakşehir" 30 xalla (15 oyun) 3-cüdür.

27 dekabr

"Ankaragücü" – "Ümraniyespor" - 1:2
Qol:
 Zahid, 2 (1:0), Avunu, 9 (1:1), 55 (1:2)

"Başakşehir" –  "Antalyaspor" -  2:0
Qol:
 Türüç, 57, Aleksiç, 66

"Fənərbağça" – "Hatayspor" - 4:0
Qo
l: Kinq, 20, Batşuayi, 26, Dursun, 86, Enrike, 90+5