"Fənərbağça" yoldaşlıq oyununda qalib gəldi

"Fənərbağça" basketbol komandası yoldaşlıq oyununda "Bahçeşehir Koleji" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş "sarı-lacivərtlilər"in 97-80 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ən məhsuldar oyunçusu 27 xalla "Fənərbağça"dan Naygel Hayes olub.

Qeyd edək ki, oyundan qabaq həyatını itirən keçmiş basketbolçu İlkan Karaman bir dəqiqəlik sükutla yad edildi.

Banner