"Fənərbağça" "Yuventus"un sabiq futbolçusunu transfer edə bilər
“Fənərbağça” mövsümə damğasını vuracaq daha bir transferi reallaşdırmaq üzrədir.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunda çıxış edən Merih Demiralın “Fənərbağça”ya razılıq verdiyi irəli sürülür. Tərəflərin müqavilə bağlamaq üzrə olduğu bildirilir. Superliqaya qayıtmaq istəyən Merih Demiral mövsümün fasiləsində "Əl Əhli" ilə müqaviləsini ləğv etməyi planlaşdırır. “Fənərbağça”nın futbolçu ilə iki illik müqavilə imzalamaq istədiyi deyilir.
Qeyd edək ki, Merih Dəmiral bu mövsüm "Əl Əhli" forması ilə 18 matçda çıxış edib. O, bu matçlarda 1532 dəqiqə meydanda qalıb və 1 qola imza atıb. 3 il “Yuventus”da forma geyinən Merih Dəmiral ardınca “Atalanta” klubuna gedib. Müdafiəçi buradan “Əl-Əhli” klubuna transfer olub.