"Fənərbağça"da 7 futbolçu ilk dəfə derbi həyəcanı yaşayacaq

Türkiyə Super Liqasının 6-cı turunda "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlilər"in heyətində 7 futbolçu ilk dəfə "Fənərbağça" ilə derbi oyununa çıxacaq.

Bunlar Sofyan Amrabat, En-Nesiri, Allan Sen-Maksimin, Cenk Tosun, Filip Kostiç, Levent Mercan və Oğuz Aydındır.

Meydan sahiblərinin heyətində yalnız Osayi-Samuel zədə səbəbindən görüşü buraxacaq.

Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.