"Fənərbağça"da ayrılıq

"Fənərbağça" müdafiəçisi Samet Akaydınla yollarını ayırmaq qərarına gəlib.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Çaykur Rizespor" S.Akaydını transfer etmək üçün "Fənərbağça" ilə danışıqlara başlayıb.

30 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 7 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Sametin hazır ki dəyəri "Transfermarkt" portalına görə 2 milyon avrodur.