"Fənərbağça"da ayrılıq
"Çaykur Rizespor" etdiyi transferlə müdafiə xəttini gücləndirib.
Sportline.az xəbər verir ki, Qaradəniz komandası, "Fənərbağça"dan Samet Akaydını heyətinə qatıb.
"Fənər"dən verilən açıqlamada, "Peşəkar oyunçularımızdan Samet Akaydın Super Liqa komandalarından "Çaykur Rizespor"a transfer olub. Sametə bundan sonrakı karyerasında uğurlar arzulayırıq." ifadələri yer alıb.
Qeyd edək ki, 30 yaşındakı futbolçu bu mövsüm "Fənərbağça" formasıyla 7 qarşılaşmada iştirak edib.