“Fənərbağça”da ciddi itki

Türkiyə Super Liqasının 23-cü turunda öz meydanında “Kasımpaşa”nı qəbul edən “Fənərbağça” 90+11-ci dəqiqədə buraxdığı qol səbəbindən 1:1 hesablı heç-heçə ilə kifayətlənib və çempionluq yolunda vacib iki xal itirib.

Sportline.az xəbər verir ki, gərgin keçən qarşılaşmada “Fənərbağça”nın əsas heyət üzvləri ard-arda zədələnib.

Türkiyəli müdafiəçi Çağlar Söyüncü zədə səbəbindən oyunu davam etdirə bilməyib.

Ceydon Oostervolde də zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Xatırladaq ki, ötən həftə Milan Şkrinyar da zədə problemi ilə üzləşmişdi.

Matçdan sonra komandanın baş məşqçisi Domeniko Tedesko azarkeşləri məyus edən daha bir açıqlama verib.

O bildirib ki, qapıçı Ederson aldığı zədə səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.