"Fənərbağça"dan 0, "Beşiktaş"dan 3 xal
Türkiyə Superliqasında 4-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçirilib.
“Fənərbağça” səfərdə “Konyaspor”la qarşılaşıb və minimal hesabla uduzub. “Beşiktaş” isə doğma meydanda “Sivasspor” üzərində inamlı qələbə qazanıb.
Bu nəticələrdən sonra “Beşiktaş”la “Qaziantep” 10 xalla müvafuq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. “Adana Dəmirspor” 9 xalla 3-cüdür.
29 avqust
"Konyaspor" – "Fənərbağça" - 1:0
Qol: M.Dəmir, 66.
"Beşiktaş" – "Sivasspor" - 3:1
Qollar: Muleka, 12; 41. Veqorst, 29.