"Fənərbağça"dan 3 illik müqavilə

"Fənərbağça" məşhur futbolçunun müqavilə müddətini artırmağa hazırlaşır.

Sportline.az Aspor.com.tr-ə istinadla xəbər verir ki, klub İrfan Can Kahveci ilə 3 illik müqavilə imzalayacaq.

Hücumçunun klubda qalmasında Joze Maurinyonun böyük rolu olduğu bildirilir.

Qeyd edək ki,  29 yaşlı futbolçu "Nyukasl Yunayted" və "Sevilya"nın diqqət mərkəzində idi.