"Fənərbağça"dan "Fatih Karagümrük"ə

"Fatih Karagümrük" komandası heyəti gücləndirib.

Sportline.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi "Fənərbağça"dan Arda İbrahim Akgünlə anlaşıb.

17 yaşlı futbolçu mövsümü icarə əsasında bu komandada keçirəcək.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, "Fənərbağça" Arda Ubrahimi iki həftə əvvəl "Balıkesrspor"dan transfer etmişdi.