"Fənərbağça"dan "Konyaspor"a
"Konyaspor" klubu "Fənərbağça"nın U 19 komandasının üzvü Kaan Akyazı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda Konya təmsilçisinin rəsmi səhifəsində məlumat paylaşılıb.
19 yaşlı sol cinah oyunçusu ilə 3,5 illlik müqavilə imzalanıb.
Qeyd edək ki, Kaan Akyazı cari mövsümdə meydana çıxdığı 14 oyunda 7 qol və 2 asist müəllifi olub.