"Fənərbağça"dan səfər qələbəsi
Türkiyə Süperliqasında 23-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, çempionluğ uğrunda mübarizə aparan "Fənərbağça" səfərdə "Alanyaspor"la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə nəticələnib.
"Alanyaspor" 0:2 "Fənərbağça"
Qollar: Sebastiyan Şimanski, 22, Anderson Talişka, 42
Qeyd edək ki, "Fənərbağça" 54 xalla 2-ci, "Alanyaspor" isə 28 xalla 9-cu pillədə yer alıb.