"Fənərbağça"dan transfer bombası

"Fənərbağça" "İnter"in futbolçusu Hakan Çalhanoğlunu üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, İstanbul klubu Hakana 3+1 illik müqavilə təklif edib.

31 yaşlı yarımmüdafiəçi bu təklifi qəbul etsə, illik 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, "İnter" Hakan üçün 25-30 milyon avro tələb edir.