"Fənərbağça"nın aparıcı futbolçusu zədələnib

"Fənərbağça"nın futbolçusu İsmail Yüksekin zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İsmail ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

26 yaşlı futbolçu "Alanyaspor"la oyunda ayağından ciddi zədə alıb.