"Fənərbağça"nın əfsanəvi prezidenti Serhat Akını ziyarət edib
"Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım silahlı hücum nəticəsində ayağından yaralanan Serhat Akını ziyarətə gedib.
Sportline.az “Sport Digital” kanalına istinadən xəbər verir ki, Beykozda silahlı hücuma məruz qalan “Fənərbağça” sabiq futbolçusu Serhat Akının müalicəsi xəstəxanada davam edir.
Serhat Akının ziyarətində Aziz Yıldırımla yanaşı "Fənəbağça"nın sabiq idarəçilərindən Mahmut Uslu da olub.
Qeyd edək ki, Serhat Akının vəziyyəti yaxşıdır və müalicəsi davam edir.