"Fənərbağça"nın futbolçusu "Atletiko"nun radarındadır

"Fənərbağça"nın 25 yaşlı futbolçusu İsmail Yüksek karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Atletiko Madrid" türkiyəli futbolçunun xidmətində maraqlıdır. İspaniya klubunun rəhbərliyi mövsümün sonunda İ.Yükseki heyətinə qatmağı planlaşdırır.

İsmail Yüksekin hazır ki dəyəri "Transfermarkt" portalına görə 14 milyon avrodur.

Qeyd edək ki, təcrübəli futbolçunun "Fənərbağça" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.