"Fənərbağça"nın futbolçusu koronavirusa yoluxdu
“Fənərbağça”nın bir futbolçusu koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə “Gənclərbirliyi” ilə Super Liqa matçından öncə kollektivin COVİD-19 testindən keçdiyi, bir oyunçunun koronavirus testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Adı açıqlanmayan futbolçu dərhal karantinə alınıb.
Qeyd edək ki, “Fənərbaxça”da daha öncə millinin düşərgəsinə yollanan bir futbolçunun da koronavirusa yoluxduğu açıqlanmışdı.