"Fənərbağça"nın futbolçusu zədə üzündən "Lill"lə görüşləri buraxacaq

"Luqano" ilə oyunda zədələnən "Fənərbağça"nın yarımmüdafiəçisi Fred növbəti mərhələnin oyunlarını buraxacaq.

Sportline.az Ntvpor.net-ə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Klubdan verilən açıqlamada braziliyalı futbolçunun sağ dizinin bağının zədələndiyi bildirilib.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Luqano"nun 6-4 məğlub edən Türkiyə təmsilçisi növbəti turda "Lill" klubu ilə qarşılaşacaq.