"Fənərbağça"nın gözü "Benfika"nın futbolçusuna düşüb
"Fənərbağça" "Benfika"nın türkiyəli futbolçusu Orkun Kökçünü transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Orkun Kökçünün dəyəri "Transfermarkt" portalına görə, 30 milyon avrodur.
O, karyerası ərzində "Benfika" ilə yanaşı, "Qroningen" və "Feyenord" kimi klublardada çıxış edib.