"Fənərbağça"nın hazırkı prezidenti seçkilərdə namizəd oldu
Türkiyənin "Fənərbağça" klubunun hazırkı prezidenti Ali Koç növbəti seçkilərdə namizədliyini irəli sürüb.
Sportline.az xəbər verir ki, 54 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.
Seçki prosesinin 12 - 13 iyunda gerçəkləşməsi qərara alınıb.
Qeyd edək ki, Ali Koç bu vəzifəyə 2018-ci ildə seçilib.