"Fənərbağça"nın koronavirus testinin cavabı bəllidir

“Fənərbaxça”nın üzvlərinin növbəti koronavirus testinin cavabı açıqlanıb.
 
Sportline.az xəbər verir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.
 
Bu gündən etibarən isə “Fənərbaxça” bir həftəlik təlim-məşq toplanışına start verəcək. Klubun mətbuat xidmətinin məlumatına görə, komanda üzvləri mayın 26-dan 31-nə qədər Rivada xüsusi toplanış keçəcək.
 
Qeyd edək ki, koronavirusa görə dayandırılan Türkiyə Super Liqasında, mövsümün 12 iyundan etibarən bərpası gözlənilir.