“Fənərbağça”nın niderlandlı futbolçusu əməliyyat olub
“Fənərbağça”nın sol cinah müdafiəçisi Ceydon Ostervoldenin əməliyyat olduğu açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ayağından əməliyyat olduğu bildirilib.
Ceydon Ostervoldenin ən azı 7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, C.Ostervolde bu mövsüm “Fənərbağça”nın heyətində 14 rəsmi matçda iştirak edib.
Gənc futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.