"Fənərbağça"nın oyunçusu məşqlərə başlayıb
"Fənərbağça"da zədəsini sağaldan Aleksandr Ciku fərdi məşqlərə başlayıb.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Super Liqanın 4-cü həftəsində Alanyaspora qarşı keçirilən oyunda zədələnən Ciku bu gün ilk məşqini keçirib.
Xəbərdə bildirilir ki, 30 yaşlı müdafiəçi bir neçə gün ərzində komanda ilə məşqlərə qoşulacaq.
Zədəsi davam edən Osayi-Samuel isə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbağça" liqada növbəti oyununu "Kasımpaşa"ya qarşı keçirəcək.