"Fənərbağça"nın sabiq futbolçusu "Qalatasaray"a keçə bilər

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatacaq Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşır. 

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, klub 14 illik möhtəşəm karyerasını geridə qoyacaq olan uruqvaylı qolkiperin yerini doldurmaq üçün axtarışlarını davam etdirir. Sarı-qırmızılılar bu mövsüm "Eyüpspor"da çıxışı ilə diqqət çəkən və əvvəllər "Fənərbağça"nın qapıçısı 24 yaşlı Berke Özerə yönəlib.

Gənc qolkiperin müqaviləsi mövsümün sonunda başa çatır. "Qalatasaray"ın bu mövsümün sonunda onunla müqavilə təklif etməyi planlaşdırdığı bildirilib.

24 yaşlı qolkiperin gələcəyi Super Liqada çıxışı və "Qalatasaray"ın ona təklif edəcəyi müqavilə ilə bağlı qərar yaxın günlərdə aydınlaşacaq.