"Fənərbağça"nın sabiq oyunçusu karyerasını Qətərdə davam etdirə bilər

Ötən mövsümün sonunda "Fənərbağça" ilə yollarını ayıran Serdar Aziz Qətər klubuna transfer oluna bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Əl-Duhail" klubu 33 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

2018-ci ildən "Fənərbağça"da çıxış edən Serdar Aziz ümumillikdə 135 oyuna çıxıb və 11 qol, 6 asistlə yadda qalıb.

Xəbərdə bildirilir ki, təcrübəli oyunçu ilə maraqlanan bəzi Türkiyə klubları da var.

Qeyd edək ki, Qətər və Türkiyədə yay transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq.