"Fənərbağça"nın uduzuna yeni təklif

"Fənərbağça"nın meksikalı futbolçusu Edson Alvaresə Vətənindən təklif gəlib.

Sportline.az xəbər verir ki, "Tiqres" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu haqda "Sports Illustrated" məlumat yayıb.

Gundouzinin ardınca Nqola Kanteni də heyətə qatmaq istəyi "Fənərbağça"nın orta sahəsində sıxlıq yaradacaq ki, bu halda Alvaresin start heyətdə yer alması çətinləşəcək.

Bu fürsətdən yararlanmaq istəyən "Tiqres" də dərhal hərəkətə keçib.

Amma Alvares hələlik İstanbulda qalmağa və dünya çempionatınadək daha səviyyəli çempionatda oynamağa üstünlük verib.