"Fənərbağça"nın üzvü koronavirusun mənbəyi kimi "Ximki"ni göstərdi

“Fənərbağça”nın basketbolçusu Kostas Slukas “Ximki” ilə oyundan sonra komanda yoldaşlarının koronavirusa yoluxduğunu söyləyib.

Sportline.az xəbər verir ki, mmətbuata açıqlama verən yunan basketbolçu virusu Türkiyəyə Moskvadan gətirdiklərini iddia edib:

“Mənə elə gəlir ki, Moskvada “Ximki” ilə oynadıqdan sonra belə bir problemlə üzləşdik. Mən həmin oyun üçün Rusiyaya getməmişdim. Həqiqətən də çox qorxurduq. Tərslikdən, Türkiyə çempionatının oyunları da dayandırılmadı. Belə olduqda vəziyyət daha acınacaqlı həddə çatdı. Ümid edək ki, sonluq istədiyimiz kimi olacaq”.

Xatırladaq ki, martın sonunda “Fənərbağça” klubu 4 basketbolçusunun koronavirusa yolxuduğunu elan etmişdi.