"Fənərbağça"nın yeni transferi İstanbula gəlib

"Fənərbağça"nın azad agent statusunda heyətinə qatdığı türkiyəli futbolçu Cenk Tosun İstanbula gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 33 yaşlı futbolçunu hava limanında klub idarəçiləri qarşılayıb.

"Fənərbağça" tibbi müayinənin ardından təcrübəli oyunçu ilə müqavilə imzalayacaq.

Ötən mövsümü "Beşiktaş"da keçirən Cenk Tosun komandası ilə çıxdığı 47 oyunda 11 qol və 8 asistlə yadda qalıb.

Qeyd edək ki, Avro 2024-də Türkiyə millinin heyətində 2 oyuna çıxan Cenk 1 qola imza atıb.