“Fənərbağça”ya şad xəbər

“Fənərbağça”nın xorvatiyalı qapıçısı Dominik Livakoviçin zədəsi sağalıb.

Sportline.az “Hüriyet” qəzetinə istinadən xəbər verir ki, D.Livakoviç “Hatayspor”la matçda iştirak edə biləcək.

Livakoviç 15 dekabrda keçirilən “Başakşəhər”lə matçda zədə almışdır.

Qeyd edək ki, “Fənərbağça” – “Hatayspor” görüşü yanvar ayının 5-i saat 20:00-da başlanacaq.