"Fənərbaxça" Antalyadan əliboş dönür

Türkiyə "Super Liqa"sında 20-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Çempionatın lideri "Fənərbaxça" "Antalyaspor"un qonağı olub. Qarşılaşma gözlənilmədən İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. 

Digər oyunda isə "Osmanlıspor" "Sivasspor"a aman verməyib.

05 fevral 2016
"Super Liqa", 20-ci tur


“Osmanlıspor” – “Sivasspor” - 4:0
Qollar: Rusesku, 18, Torxe, 45, Ndaye, 75, Güvən, 86

“Antalyaspor” – “Fənərbaxça” - 4:2
Qollar: 
Eto, 40, Danilo, 54, Makun, 56,Aytac, 90+4 - Bruno Alves, 84, van Persi, 90+6 (pen.)