"Fənərbaxça" "Atletik"ə məğlub oldu
UEFA Avropa Liqasının Liqa mərhələsində VI tura bu gün 1 oyunla start verilib.
Sportline.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu evdə “Atletik”lə (İspaniya) üz-üzə gəlib.
Görüş İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Atletik”in heyətində İnaki Uilyams dubl edib.
Qeyd edək ki, 6 matçdan sonra turnir cədvəlində "Atletik" 16 xalla 1-ci, "Fənərbaxça" isə 8 xalla 15-cidir.