"Fənərbağça" Serhat Akına edilən silahlı hücumu qınayıb

"Fənərbağça" silahlı hücumda yaralanan keçmiş futbolçusu Serhat Akın haqqında açıqlama yayıb.

Sportline.az xəbər verir ki, klubdan verilən açıqlamada "Keçmiş futbolçumuz Serhat Akına silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını arzu edirik. Biz günahkarların ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik" ifadələri işlədilib.

Digər tərəfdən, "Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalı məsələ ilə bağlı açıqlama verib. O, "Sərhat Akına edilən silahlı hücumu şiddətlə qınayıram və tezliklə sağalmasını arzulayıram" deyib.

Qeyd edək ki, Serhat Akın ötən gecə İstanbulda silahla ayağından vurulub.