"Fənərbaxça" ukraynalını göndərir

“Fənərbaxça”nın mövsümün sonunda komandadan uzaqlaşdıracağı ilk futbolçu məlumdur. Sportline.az xəbər verir ki, bu, ukraynalı yarımmüdafiəçi Aleksandr Karavaevdir. Qış transfer dönəmində baş məşqçi Dik Advokatın istəyi ilə komandaya cəlb olunan 24 yaşlı futbolçu elə onun istəyi ilə də göndərilir. Qeyd edək ki, zəif çıxışı ilə diqqət çəkən Karavaev əsas heyətdən kənarlaşdırılıb.